Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, alyans ölkələri ABŞ-dan Ukrayna ordusu üçün silah alacaqlar. İlk paketlər çərçivəsində “Ukraynanın prioritet tələbləri siyahısı” (PURL) proqramına uyğun olaraq, Patriot zenit raket kompleksləri üçün raketlər və Himars yüksək mobillikli raket-artilleriya sistemləri üçün mərmilər alınacaq.
Editor.az xəbər verir ki, bu barədə Zelenski Kiyevdə Avropa Parlamenti Prezidenti Roberta Metsola ilə birgə keçirilən mətbuat konfransında məlumat verib.
//Samir Qurbanov, Editor.az