AZ

Narkotik və psixotrop maddələr haqqında məlumatlılığın artırılması məqsədilə məktəblərdə seminarlar keçiriləcək

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 17 sentyabr, AZƏRTAC

Narkotik və psixotrop maddələr haqqında məlumatlılığın artırılması məqsədilə ümumi təhsil müəssisələrinin rəhbərliyi, müəllimləri, psixoloqları, valideynlər şurasının üzvləri və şagirdləri üçün seminarlar keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

Tədbirin əsas icraçısı Elm və Təhsil Nazirliyidir. Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu digər icraçı qurumlar olaraq müəyyən edilib. Seminarların təşkilinə aidiyyəti qeyri-hökumət təşkilatları da cəlb ediləcək.

Xatırladaq ki, Dövlət Proqramı Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
3
azertag.az

4Mənbələr