AZ

Elm və ali təhsil sahəsində Bahçeşehir Kıbrıs Universiteti ilə əməkdaşlıq məsələləri müzakirə edilib

Bakı, 17 sentyabr, AZƏRTAC

Sentyabrın 17-də elm və təhsil naziri Emin Əmrullayev Bahçeşehir Kıbrıs Universitetinin İdarə Heyətinin sədri Eral Osmanların rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüş çərçivəsində ölkələr arasında universitetlərarası əməkdaşlıq, o cümlədən elm və ali təhsil sahəsində Bahçeşehir Kıbrıs Universiteti ilə inkişaf perspektivləri müzakirə edilib.

 

Seçilən
17
13
azertag.az

10Mənbələr