AZ

ABŞ Ukrayna ilə birgə fonda 75 milyon dollar köçürüb

ABŞ Ukrayna ilə birgə fonda 75 milyon dollar köçürüb

ABŞ-da yerləşən İnkişaf Maliyyə Korporasiyası (DFC) Ukraynanın yenidən qurulması üçün Kiyevlə birgə yaradılmış fonda 75 milyon dollar köçürüb.

AFN.az xəbər verir ki, bu barədə korporasiyanın bəyanatında bildirilib. Sənəddə həmçinin Ukrayna hökumətinin də analoji ödəniş edəcəyi qeyd olunur. Beləliklə, ümumi 150 milyon dollarlıq vəsait karbohidrogenlərin və digər mühüm faydalı qazıntıların çıxarılmasına investisiyalar üçün əsas kapital rolunu oynayacaq.

Mayın 1-də Ukrayna Nazirlər Kabineti ABŞ-la imzalanmış yerin təki sazişinin mətnini dərc edib. Sənəd 12 mayda ratifikasiya olunub. Bunun ardınca Ukraynanın baş naziri Yuliya Svırıdenko bəyan edib ki, Kiyev yeni icarə haqlarından və faydalı qazıntıların çıxarılması üçün verilən lisenziyalardan əldə olunan bütün gəlirlərin 50%-ni fonda yönəldəcək.

Onun sözlərinə görə, fondun idarə olunmasında ABŞ və Ukrayna bərabər səs hüququna malik olacaq. Müqavilə Ukraynanın ABŞ qarşısında birbaşa borc öhdəlikləri yaratmır. Fond fəaliyyətinin ilk 10 ili ərzində dividendlər ödəməyəcək; bütün gəlirləri Ukraynaya yatırılacaq. İnvestisiyalar əsasən mineral ehtiyatların işlənməsi, emalı və infrastrukturun inkişafına yönəldiləcək.

Seçilən
20
afn.az

1Mənbələr