AZ

Ufuk Özkan xəstəxanadan çıxdı ilk FOTOsu

ain.az, Milli.az portalına istinadən məlumat yayır.

"Geniş Ailə" serialındakı "Cevahir" rolu ilə tanınan aktyor Ufuk Özkan haqqında sevindirici xəbər gəlib. Bir müddət öncə səhhətində yaranan problemlərə görə reanimasiyaya yerləşdirilən aktyor artıq xəstəxanadan evə buraxılıb.

Ufuk Özkan sosial şəbəkədə paylaşım edərək bu sözləri yazıb:

"Sevginizi iliklərimə qədər hiss etdim. İstifadə etdiyim dərmanın yan təsiri ilə narahat oldum, amma indi yaxşıyam."

O, həmçinin dərmanın əks təsirlərinə görə bədənində ləkələr və şiddətli ürəkbulanma yaşadığını, həkimlərin isə ehtiyat məqsədilə onu müşahidə altında saxladığını bildirib.

Lalə Qüdrətova

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
1
news.milli.az

2Mənbələr