AZ

Dünya Çempionatında qalmaqal: İspaniyanın iştirakı sual altında

İspaniya Baş naziri Pedro Sançes qalmaqallı hərəkət ilə gündəmə gələ bilər.

Fanat.Az xəbər verir ki, əgər İsrail Dünya Kubokuna qatılarsa, İspaniya yığması turnirdən geri çəkiləcək.

Bu barədə məlumatı "UHN Plus" yayıb.

Sançesin bu mövqeyi ölkə ictimaiyyətində böyük müzakirələr doğurub. Bəzi mənbələr bunu siyasi mesaj kimi qiymətləndirir, digərləri isə idmanın siyasətlə qarışdırılmasının doğru olmadığını bildirir.

Hazırda İspaniya Futbol Federasiyası Baş nazirin fikrinə münasibət bildirməyib. Bu qərarın gerçəkləşəcəyi təqdirdə, “qırmızı furiya”nın Dünya Kubokunda iştirakı sual altında qalacaq.

Kamil Xudiyev

Seçilən
5
fanat.az

1Mənbələr