AZ

Lukaşenko etiraf etdi: Belarusun gələcək prezidenti...

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Belarus prezidenti Aleksandr Lukaşenko cəmiyyət daxilində dövlət başçısı postuna potensial varisin axtarışında olduğunu açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “BelTA” məlumat yayıb.

“Mən cəmiyyət daxilində gələcək prezideni axtarıram. Hazırda Belarus ətrafında vəziyyət son dərəcə ağır olaraq qalır. Belə bir şəraitdə ölkəyə mütləq güclü adam rəhbərlik etməlidir. Bu, mənim fikrimdir”, – Lukaşenko vurğulayıb.

Qeyd edək ki, “Time” nəşrinə müsahibə verən Lukaşenko oğlu Nikolayın prezident kimi onun varisi sayılmamasını istəyib. O, həmçinin bildirib ki, Belarusun növbəti lideri indikindən fərqli siyasət apara bilər.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
globalinfo.az

1Mənbələr