AZ

ABŞ-də keçmiş hərbçi avtomobilini FTB-nin darvazasına çırpıb - VİDEO

BAKI, 17 sentyabr. TELEQRAF

ABŞ-də keçmiş hərbi zabit Donald Henson "Toyota" markalı avtomobilini FTB-nin binasının darvazasına çırpıb.

Teleqraf "ABC News"a xəbər verir ki, FTB-nin məlumatına görə, Hensonun psixi sağlamlıq problemi olub.

Hadisə yerinə minaaxtaranlar qrupu göndərilib.

FTB həmin şəxsin hərəkətini terror aktı adlandırıb. Bildirilir ki, Henson darvazanı döydükdən sonra avtomobildən ABŞ bayrağını çıxararaq qapıya bərkidib. Maşının üzərində bir neçə “ədəbsiz ifadə” də yazılmışdı.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
60
teleqraf.com

1Mənbələr