AZ

İspaniya milli komandası İsrailin Dünya Çempionatına qatılması halında boykot edə bilər

İspaniya milli futbol komandası İsrail millisi Dünya Çempionatına vəsiqə qazansa, turniri boykot edə bilər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İspaniya Deputatlar Konqresinin üzvü Paçi Lopes Marca nəşrinə müsahibəsində bildirib.

Lopesin sözlərinə görə, bu qərar Qəzza sektorundakı vəziyyət mundialın başlanmasına qədər dəyişməsə, qəbul oluna bilər.

“İsrail Qəzza sektorunda quru əməliyyatları aparır və buna reaksiya göstərilməlidir. İspan cəmiyyəti böyük əksəriyyətlə hər gün müxtəlif media kanallarında gördüyümüz xəbərlərin bizim səssiz iştirakımızla müşayiət olunmasına dözməyəcək”, – deyə Lopes vurğulayıb.

2026-cı il Dünya Çempionatı seçmə mərhələsinin sentyabr oyunlarından sonra hər iki komandanın Şimali Amerikada keçiriləcək final mərhələsinə getmək şansı qalır. İsrail İ qrupunda üçüncü yeri tutur və beş oyunda doqquz xal toplayıb, İspaniya isə E qrupunda iki oyundan sonra altı xal ilə liderdir.

Seçilən
27
nocomment.az

1Mənbələr