AZ

Lyuis Hemilton niyə ailə qurmadığını izah edib

Yeddiqat dünya çempionu "Ferrari" pilotu Lyuis Hemilton bildirib ki, heç vaxt ailə həyatı qurmamasının səbəbini açıqlayıb.

İdman.biz-in xəbərinə görə, pilot bunu Formula 1-ə olan sevgisi ilə izah edib.

"Mənim prioritetlərim Formula 1-ə olan sevgimə əsaslanırdı. Həyatımın sevgisi Formula 1-dir. Mən bu işi demək olar ki, hər şeydən çox sevirəm", - deyə o, bildirib.

Xatırladaq ki, Lyuis Həmilton sentyabrın 5-dən 7-dək Monzada keçirilən İtaliya Qran Prisində altıncı olub. İngilis pilot 117 xalla Formula 1 pilotlarının turnir cədvəlində altıncı yeri tutur.

İdman.biz

Seçilən
13
1
idman.biz

2Mənbələr