AZ

“Nazirlər zənglərə cavab vermir, məktublar isə gec cavablandırılır”VİDEO

Elektrik və hibrid mühərrikli avtomobillərə tətbiq edilən güzəştin bitməsinə cəmi bir neçə ay qalıb.

Xezerxeber.az-ın xəbərinə görə, bu gün Milli Məcslin Komitə iclasında da əsas təkliflərdən biri bu güzəşt müddətinin uzadılması ilə bağlı idi.

 iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Azər Badamov təklif etdi ki, bu güzəştlərin müddəti yenidən uzadılsın.

Millət vəkili Vüqar Bayramov isə bildirib ki, 7 ildir qeyri-neft və qeyri-dövlət sektorlarında çalışan fiziki şəxslərin gəlirinə tətbiq edilən güzəştlərin müddəti bitir və buna yenidən baxılmalıdır.

İqlim dəyişikliklərinin kənd təsərrüfatına ziyanından danışan Millət vəkili Əli Məsimli isə deyib ki, quraqlıq təbii fəlakətlər sırasına daxil edilməlidir.

Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında isə Deputat Naqif Həmzəyev əhalinin məşğulluğunun təmini ilə bağlı mövcud problemlərdən danışıb.

İclasda həmçinin deputatlar yüksək vəzifəli məmurların onların müraciətlərinə cavab verməməsindən də şikayətləniblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
7
xezerxeber.az

1Mənbələr