AZ

Avropa Komissiyası Qəzzadakı gərginlik səbəbindən İsrailə maliyyə dəstəyini dayandırıb - ÖZƏL

Avropa Komissiyası (AK) Qəzza sektorunda hərbi əməliyyatlarla bağlı İsrailə göstərilən maliyyə dəstəyini dayandırmaq qərarına gəlib.

Qərar 2025-2027-ci illər üçün nəzərdə tutulan gələcək vəsaitlərə, eləcə də İsraillə institusional əməkdaşlıq çərçivəsində mövcud layihələrə və Aİ-İsrail Regional Əməkdaşlıq Mexanizmi təşəbbüslərinə şamil olunur.

AK-nın sədri Ursula fon der Lyayen bildirib ki, Qəzzada hər gün baş verən dəhşətli hadisələr dərhal dayandırılmalı, atəşkəs təmin edilməli, humanitar yardıma maneəsiz giriş imkanı yaradılmalı və HƏMAS tərəfindən saxlanılan girovlar azad olunmalıdır. Onun sözlərinə görə, Avropa İttifaqı ən böyük humanitar donor olaraq qalır və iki dövlətin yanaşı mövcudluğu prinsipini dəstəkləyir.

Fon der Lyayen vurğulayıb ki, qərar vətəndaş cəmiyyəti ilə əməkdaşlığı və "Yad Vaşem" Holokost memorialına dəstəyi əhatə etmir.

Brüsseldə xatırladılıb ki, İsrail ilə Aİ arasında assosiasiya sazişinin 2-ci maddəsi insan hüquqlarına və demokratik prinsiplərə hörməti nəzərdə tutur. Bu müddəaların pozulması Aİ-yə əməkdaşlığın miqyasını birtərəfli qaydada məhdudlaşdırmaq imkanı verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
68
2
olaylar.az

3Mənbələr