AZ

Anasının hədiyyə aldığı motosikletlər yola çıxan oğlan qəzaya düşüb öldü VİDEO

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Anasının aldığı motosiklet hədiyyəsi ilə yola çıxan oğlan ağır qəzaya düşüb. Avtosfer.az xəbər verir ki, Rusiyanın Novokuznetsk şəhərində baş verən hadisənin görüntüləri videoregistratora düşüb.

Belə ki, Daurskaya küçəsində 17 yaşlı yeniyetmə motosikleti ilə hərəkətdə olan zaman 1.1 xətinin tələbini pozaraq qəfil sola manevr edən "Qazel" markalı yük maşını ilə toqquşub. Zərbənin təsirindən idarəetməni itirən motosikletli yola yıxılaraq sürüklənib və hərəkətdə olan “Changan” markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində ağır xəsarətlər alan yeniyetmə ölüb.

Bildirilir ki, 17 yaşlı yeniyetmənin idarə etdiyi motosiklet bir neçə gün öncə ona anası tərəfindən hədiyyə edilibmiş.

Qəza anının videosunu təqdim edirik:

Namiq Musayev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
avtosfer.az

1Mənbələr