AZ

MİT sədri Şara ilə görüşdü: Gündəmdə təhlükəsizlik və əməkdaşlıq

Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın Suriyanın paytaxtı Dəməşqə səfəri çərçivəsində prezident Əhməd Şəra ilə görüşüb.

Turkustan.az xəbər verir ki, təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, görüşdə ikitərəfli və regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Tərəflər Suriyanın ərazi bütövlüyü, suverenliyi, siyasi sabitliyi və cəmiyyətdə sülhün qorunmasının vacibliyini vurğulayıblar. Türkiyənin Suriyanın yanında olmağa davam edəcəyi mesajı da səsləndirilib.

Görüşdə Suriyanın yeni hökumətinin daxili və xarici təhdidlərə qarşı mübarizəsi, eləcə də Türkiyənin bu prosesə verə biləcəyi dəstək müzakirə edilib.

Eyni zamanda İŞİD-lə mübarizə, sərhəd təhlükəsizliyi, gömrük nəzarəti, iqtisadi vəziyyətin yaxşılaşdırılması və suriyalı qaçqınların könüllü və təhlükəsiz şəkildə geri qayıtması məsələləri də gündəmə gətirilib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
18
1
turkustan.az

2Mənbələr