AZ

Zelenskidən xəbərdarlıq: Bu, addım atılmasa, Putin döyüşü davam etdirəcək

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Rusiya prezidenti Vladimir Putin başa düşməlidir ki, Ukraynaya qarşı müharibənin davam etdirilməsinin, o cümlədən Polşa və Rumıniyanın sabitliyinin pozulmasının ağır nəticələri olacaq.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna lideri Volodimir Zelenski Kiyevdə Avropa Parlamentinin sədri Roberta Metsola ilə keçirdiyi brifinqdə deyib.

Zelenski qeyd edib ki, Kiyev Aİ-nin Moskvaya qarşı 19-cu sanksiyalar paketini qəbul edəcəyini gözləyir.

“Sanksiyaların əsas hədəflərindən biri Rusiyanın enerji resursları və onların ticarət infrastrukturu olacaq. Həm də Rusiyanın bank sektoru və müharibəni maliyyələşdirmək üçün istifadə olunan müxtəlif sanksiyalardan yayınma sxemləri zərbə görəcək “, – o izah edib.

Ukrayna prezidentinin bildirdiyinə görə, Metsola ilə görüşü zamanı Rusiyanın enerji bazarından bir qədər asılı qalan Slovakiya və Macarıstan kimi ölkələrin Avropa əlaqələrini gücləndirmək yollarını da müzakirə ediblər. Kiyev həmçinin ABŞ-ın müvafiq sanksiyalar tətbiq edəcəyini gözləyir.

“Rusiya zərər görməsə, o zaman döyüşü davam etdirəcək. Rusiya əhəmiyyətli iqtisadi, siyasi və digər itkilərə məruz qalmalıdır. Yalnız bundan sonra sülh yolu ilə nizamlanmaya gedəcək. Bu kontekstdə Rusiyanın dondurulmuş aktivləri Ukraynanın müdafiəsi və yenidən qurulmasına dəstək üçün daha səmərəli şəkildə istifadə edilməlidir”, – Zelenski vurğulayıb.

O, ABŞ prezidenti Donald Trampla Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində görüşmək imkanını da istisna etməyib.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
globalinfo.az

1Mənbələr