AZ

Maşının yarısını yola çıxarıb yol verən sürücülərin diqqətinə: Cəriməsi var VİDEO

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Qaydaları pozan sürücü digər avtomobillərin hərəkətinə maneə yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 6-da, paytaxtın Şıxov yolunda qeydə alınıb.

Belə ki, 90-MH-357 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü sağdan gələn maşınlara yol verən zaman qaydaları pozub. O, avtomobilin ön hissəsini yolayrıcına çıxararaq digər istiqamətdən gələnlərin zolağını zəbt edib. Bu səbəbdən görüntünü qeydə alan avtomobilin sürücüsü qismən sağ zolağa yerdəyişməli olub.

Qanunvericiliyə görə, sürücü yol verməli olan halda hərəkət hissəsinin kəsişmə yerində dayanmalıdır. Nəqliyyat vasitəsinin ön hissəsini yolayrıcına çıxarıb digər istiqamətdən gələn avtomobillərin hərəkətinə mane olmaq qayda pozuntusu sayılır. Buna görə sürücü inzibati qaydada məsuliyyətə də cəlb oluna bilər.

Fərid

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
avtosfer.az

1Mənbələr