Footbal-plus saytından alınan məlumata görə, ain.az bildirir.
Erik Abidal olduqca qəribə vəziyyətə düşüb. Bəzi mənbələr onun ölməsi ilə bağlı xəbər yayıb.Sosial şəbəkələrdə 45 yaşlı Erikin ikinci qaraciyər transplantasiyasından sonra komplikasiyalar səbəbindən vəfat etdiyi barədə məlumat yayılıb. Lakin Fransa yığmasının sabiq müdafiəçisi onun haqda yayılan uydurma ölüm xəbərlərinə mənfi münasibət bildirib. Abidal sosial media hesabında belə yazıb:
“Bəzi söz-söhbətlər heç vaxt olmamalıdı. Mən burdayam, ailəmlə birlikdəyəm və hər şey qaydasındadı. Ən önəmlisi hörmətdi. Mən sağ və salamatam. Dəstəyiniz üçün təşəkkür edirəm. Gəlin, həqiqətən vacib olan məsələlərə diqqət yetirək”.
Erik futbolçu karyerasını 2014-cü ildə başa vurub. O, “Monako”, “Lill”, “Lion”, “Barselona” və “Olimpiakos”da çıxış edib. 2018-20-ci illərdə isə “Barselona”nın idman direktoru vəzifəsində işləyib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.