AZ

Kozak istefa verdi

Modern.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiya Prezident Administrasiyasının rəhbər müavini Dmitri Kozak vəzifəsindən istefa verib.

Modern.az xəbər verir ki, bu barədə RBK-ya vəziyyətlə tanış iki mənbə məlumat verib.

Məlumata görə, Kozak ərizəni həftəsonu yazıb. Çərşənbə günü onun kollektivlə görüşü planlaşdırılır. Mənbələr bildiriblər ki, yüksək vəzifəli məmur müxtəlif biznes təkliflərini nəzərdən keçirir.

Rusiya praktikasında yüksək vəzifəli şəxslərin dövlət idarələrindən biznesə keçidi nadir hal deyil. Məsələn, Prezident Administrasiyasının keçmiş rəhbəri Aleksandr Voloşin "Rossii" və "Norilsk Nikel"in Direktorlar Şurasına rəhbərlik edib, keçmiş Hesablama Palatasının sədri Aleksey Kudrin isə "Yandex"də korporativ inkişaf üzrə məsləhətçi kimi fəaliyyət göstərir.

Rusiya mediası yazır ki, istefadan sonra Kozaka Şimal-Qərb Federal Dairəsində prezidentin tam səlahiyyətli nümayəndəsi postu təklif oluna bilər.

Dmitri Kozak 2022-ci ilin fevralında keçirilən Rusiya Təhlükəsizlik Şurasının iclasında Ukraynaya müdaxiləyə qarşı çıxan azsaylı məmurlardan biri kimi tanınır. "The New York Times"ın mənbələrinə görə, o, hazırda da hərbi əməliyyatların davam etməsinə qarşı mövqeyini qoruyur və 2023-cü ildə sülh danışıqlarına başlamağı təklif edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
1
modern.az

2Mənbələr