GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Son illərdə ilk dəfə olaraq Mulino poliqonunda keçirilən “Zapad-2025” hərbi təlimlərində Rusiya Prezidentini müşaiyət edən heyət yenilənib.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Qeyd olunub ki, əvvəllər Putini müşaiyət edən Sergey Şoyqu və Valeri Gerasimov bu dəfə iştirak etməyib.
Onların yerinə Rusiya Prezidentinin müşaviri Aleksey Dyumin, Rusiya Müdafiə Naziri Andrey Belousov, Rusiya quru qoşunları komandanı Andrey Mordveçev və Rusiya Müdafiə Nazirinin müavini və baş qərargah planlaşdırma komitəsinin sədri Yunusbek Yevkurov Prezidentlə birgə olub.
Məlumata görə, Yevkurov və Mordveçev Valeri Gerasimovun yerinə baş qərargah rəisi vəzifəsinə əsas namizədlər hesab olunur. Bu dəyişikliklər, ehtimal ki, Rusiya hərbi komandanlığında strateji yenilənmələrin başlanğıcı ola bilər.
Tahir Turan
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.