AZ

Ələt qəsəbəsinin sakinləri yollardan ŞİKAYƏTÇİDİRVİDEO

Köməyə gələn təcili tibbi yardım maşını sakinlərin köməyi ilə ərazidən çıxarılıb.

Xezerxeber.az-ın xəbərinə görə, Qəsəbə sakkini Zaur Gəncəliyev deyir ki, onkoloji xəstədir və tez-tez təcili tibbi yardım çağırmağa məcburdu.

Sakinlərin bildirdiklərinə görə, təcili tibbi yardım maşınnın bu ərazidə batması ilk belə hadisə deyil.

Ələt qəsəbəsinin girəcəyində bu ərazidə 100 ev var və hər kəs də məhz bu yoldan istifadə edir.

Məsələ ilə bağlı Qaradağ rayon İcra hakimiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, həmin küçənin yolu ilə bağlı təklif Avtomobil Yolları Dövlət Agentliyinə təqdim olunub.

Agentlikdən isə qeyd edildi ki, vəsait ayrılan zaman məsələ həll ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
13
xezerxeber.az

1Mənbələr