"Neftçi"nin oyunçusu İqor Ribeyro barəsində AFFA İntizam Komitəsinin qəbul etdiyi qərardan verilən apellyasiya şikayətinə baxılıb.
Milli.Az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Apellyasiya Arbitraj Tribunalında şikayətə baxılıb və aşağıdakı qərar qəbul edilib:
1. "Neftçi" PFK tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin.
2. 29.08.2025-ci il tarixdə Misli Premyer Liqasının III turunun "Neftçi" - "Turan Tovuz" oyununun 55-ci dəqiqəsində "Neftçi" futbol klubunun heyətində çıxış edən 5 nömrəli oyunçu İqor Ribeyronun təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalandırılması, "Neftçi" PFK-nın 3000 manat cərimə edilməsi (maddə 45.1) barədə AFFA İntizam Komitəsinin 03.09.2025-ci il tarixli qərarı qüvvədə saxlanılsın.
3. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.
Milli.Az