GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.
“Danimarka Rusiya ilə birbaşa hərbi toqquşma üçün ssenari hazırlayır”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın Danimarkadakı səfiri Vladimir Barbin deyib.
O bildirib ki, Danimarka təkcə Rusiya ilə birbaşa hərbi toqquşma ehtimalını nəzərdən keçirmir, həm də belə bir ssenariyə hazırlaşır.
“Baş nazir Mette Frederiksen və müdafiə naziri Troels Lund Poulsenin Rusiyadakı hədəflərə zərbə endirmək üçün uzaqmənzilli dəqiq silahlara sahib olmaq cəhdləri sadəcə dəlilikdir. Heç kim nüvə dövlətini açıq şəkildə təhdid etməyi düşünməyib. Bu bəyanatlar şübhəsiz ki, Rusiya tərəfindən nəzərə alınacaq”, – rusiyalı diplomat vurğulayıb.
Qeyd edək ki, Danimarka hökuməti sentyabrın 17-də ölkəni uzaqmənzilli dəqiq silahlarla təmin etmək qərarını açıqlayıb. Nazirlər Kabineti hesab edir ki, bu, milli müdafiə qabiliyyətini gücləndirəcək.
Əliyar Xəlil
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.