AZ

Kanada Bankı əsas faiz dərəcəsini üç ilin minimumuna endirdi

Bakı. Trend:

Kanada Bankı zəif əmək bazarı və inflyasiya təzyiqlərininazalmasını nəzərə alaraq, altı ayda ilk dəfə əsas faiz dərəcəsiniendirib.

Trend-in"Reuters"ə istinadən verdiyi məlumata görə, mərkəzi bank çərşənbəgünü dərəcəni 25 baza bəndi azaldaraq 2,5%-ə qədər endirib. Bu, sonüç ilin ən aşağı göstəricisidir.

Xatırladaq ki, ötən ilin iyun ayından mart ayına qədər Bankümumilikdə 225 baza bəndi endirim etmiş, mart ayında isə yumşaldıcısiyasətini dayandırmışdı.

Kanada Bankının rəhbəri Tiff Maklem ABŞ tariflərinin zərərlitəsirlərinə dair qeyri-müəyyənliyin davam etdiyini vurğulayıb:
“Daha zəif iqtisadiyyat və inflyasiyanın azalması riski fonundaİdarəetmə Şurası əsas dərəcənin endirilməsini risklərintarazlaşdırılması baxımından məqsədəuyğun hesab etdi,” – deyə o,jurnalistlərə bildirib.

Maklem əlavə edib ki, Bank riskləri qiymətləndirməyə davamedəcək, daha qısa müddətli proqnozlara üstünlük verəcək və yeniməlumatlara operativ reaksiya verəcək.

Onun sözlərinə görə, faiz dərəcəsinin azaldılması İdarəetməŞurasının yeddi üzvünün yekdil qərarı olub. Əsas faiz dərəcəsisonuncu dəfə 2022-ci ilin iyulunda 2,5%-ə düşmüşdü.

Seçilən
10
az.trend.az

1Mənbələr