İspaniya polisi 50 nəfərə işgəncə verərək qətlə yetirməkdə şübhəli bilinərək Seneqaldan Kanar adalarına gələn 19 miqrantı saxlayıb.
Qaziler.az bildirir ki, bu barədə "The Times" yazır. Qurbanlar onlarla eyni qayıqda olan sərnişinlər olub.
"Onlar canlı insanları gəmidən atıb və təsadüfən suya düşənləri xilas etməkdən imtina ediblər", - polisdən bildirilib..
Qəzetin yazdığına görə, avqustun sonlarında mühərrik nasazlığından sonra Qran-Kanariya sahillərində miqrantları daşıyan batmaqda olan qayıq müəyyən edilib. 248 nəfər xilas edilib; səfərin əvvəlində gəmidə təxminən 300 nəfər olub. Şahidlərin dediyinə görə, ölənlərdən bəziləri işgəncələrə məruz qalıb, sonra dənizə atılıb. Zərərçəkənlərdən biri Kanar adalarında xəstəxanada dünyasını dəyişib.
Saxlanılanlara qarşı hələlik rəsmi ittiham irəli sürülməyib. İstintaq zorakılığın gəmidəki çaxnaşma və münaqişə nəticəsində baş verməsini və ya təqsirləndirilən şəxslərin miqrantların qeyri-qanuni daşınmasına nəzarət edən cinayətkar qrupların göstərişi əsasında hərəkət etdiyini müəyyənləşdirir.
QAZİLER.AZ