Ukrayna müharibəyə ildə 120 milyard dollar xərcləyir, ölkə büdcəsi isə bu məbləğin yalnız yarısını ödəyə bilir.
Publika.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Parlamentinin sədri Roberta Metsola ilə Kiyevdə keçirdiyi brifinq zamanı deyib.
Ukrayna lideri bildirib ki, “A” planı müharibəni bitirmək, “B” planı isə 120 milyard dollardır..