AZ

"Deutsche Bank" qızıl proqnozunu yüksəldib

Müəllif: Tamara Mustafayeva, Banco.az

"Deutsche Bank" qızıl proqnozunu yüksəldib.

Banco.azxəbər verir ki, “Deutsche Bank” Fed-in faiz endirimləri və Çin Mərkəzi Bankının qızıl alımları səbəbindən qızılın rekord yüksəlişini davam etdirəcəyini, 2026-cı ildə isə qızılın unsiya başına orta hesabla 4 min dollar olacağını gözləyir.

“Deutsche Bank”ın strateqi Maykl Hsueh çərşənbə günü dərc olunan yazısında bildirib ki, qızıl qiymətlərinin artmaq potensialı var. Bankın 2026-cı il üçün əvvəlki proqnozu 3 min 700 dollar idi, lakin yeni proqnoz da yüksələn dəstək səviyyələri ilə uyğunluq təşkil edir.

Hsuehin sözlərinə görə, modellərə əsasən qızılın bahalaşması davam edəcək. Mərkəzi bankların alımlarının gələn il 900 tona çatacağı, bu alımın böyük hissəsinin isə Çin tərəfindən həyata keçiriləcəyi gözlənilir.

İnvestorlar çərşənbə günü keçiriləcək Fed-in siyasət iclası öncəsi faiz endiriminə yönəlirlər. Qızıl isə həftənin əvvəlində uns başına 3 min 700 dollar səviyyəsinə yaxınlaşaraq bütün dövrlərin ən yüksək göstəricisinə çatıb. “Deutsche Bank” ABŞ Mərkəzi Bankının bu ilin sonuna qədər faiz dərəcələrini üç dəfə endirəcəyini proqnozlaşdırır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
5
banco.az

1Mənbələr