Futbolda rəqabət inkişafa aparan yollardan biridir.
Bir çox hallarda hətta birincisi.
Yetər ki, həmin rəqabət ədalətli olsun.
Məsələn, "Araz-Naxçıvan"da olduğu kimi.
Belə ki, yay fasiləsində heyətə cəlb edilən legionerlərdən biri də Bruno Franko oldu.
Böyük ümidlərlə gətirilən son cinah müdafiəçisi ilk günlərdən ümidləri doğrultmağı bacarmadı.
Avrokuboklarda davamlı əsas heyətdə yer olan braziliyalı legionerin performansı qənaətbəxş deyildi.
Baş məşqçi Elmar Baxşıyev də bunu görməmiş deyildi.
"Omoniya" ilə cavab görüşünün fasiləsinə kimi müdafiəçiyə səbr edən təcrübəli mütəxəssis onu Slavik Alxasovla əvəzlədi.
Premyer Liqanın 1-ci turunda yenidən Brunoya əsas heyətdə güvənən Baxşıyev bəlkə ona son şansı vermiş oldu.
Amma Cənubi amerikalı həmin şansı boşa verincə, fasilədə növbəti dəfə yerini Alxasova verməli oldu.
32 yaşlı oyunçu sonrakı 3 görüşdə 90 dəqiqə meydanda olmaqla Brunonun ehtiyat skamiyanın daimi sakininə çevirmiş oldu.
Görünən odur ki, mövsüm ərzində ikili arasında əsas heyət uğurunda ciddi mübarizə gedəcək.
Hələ ki üstün tərəf azərbaycanlıdır.
Burada digər önəmli məqam bir çox həmkarlarından fərqli olaraq Elmar Baxşıyevin "legioner gəlibsə, oynamalıdır" təfəkküründə qərar verməməsidir.
Bəli, rəqabət məhz belə ədalətli olanda mütləq inkişafa aparır.
XANOĞLAN İMANOV