AZ

Vini­sius Junior "Real"da ehtiyatda qalmasından narahatdır

"Real"ın hücumçusu Vini­sius Juniorun ətrafındakı heyət futbolçunun vəziyyətindən narahatdır.

90deqiqe.Az-ın "ESPN"ə istinadən məlumatına görə, braziliyalı oyunçunun nümayəndələri hesab edir ki, baş məşqçi Xabi Alonso Vini­siusa əvvəlki çalışdırıcı Karlo Ançelotti qədər etimad etmir.

Ançelottinin rəhbərliyi altında Vini­sius yalnız yorğunluq və ya fiziki problemlər səbəbindən ehtiyatda qalırdı. Alonso isə oyunçunu taktiki və texniki səbəblərlə də ehtiyatda saxlayır, bu, Çempionlar Liqasının "Marsel"lə matçında da müşahidə olunub.

Mənbə bildirir ki, Alonsonun Vini­siusa etimadsızlığı oyunçunun müqavilə yeniləməsi ilə bağlı danışıqların tıxandığı bir dövrdə ortaya çıxır. Hazırkı müqavilə 2027-ci ilin ortalarına qədər qüvvədədir.

Seçilən
116
90deqiqe.az

1Mənbələr