AZ

Rusiya mediası “Qarabağ”a aid belə bir ŞOK XƏBƏR yaydı!

Çempionlar Liqasının 2025/26 mövsümü Liqa mərhələsinin startı böyük sensasiya ilə yadda qaldı.

"Qarabağ" oyun ərzində iki top fərqi ilə geri düşməsinə baxmayaraq, Portuqaliya nəhəngi "Benfika" üzərində qələbə qazandı.

Qarşılaşma 3:2 hesabı ilə Azərbaycan çempionunun xeyrinə başa çatdı və bu nəticə klub üçün tarixi hadisə oldu — "Qarabağ" bu turnirdə ilk dəfə qalib gəldi.

Sportinfo.az Rusiyanın "Sovetski sport" nəşrinə istinadən xəbər verir ki, canlı mərclər zamanı "Qarabağ" 0:2 hesabı ilə məğlub durumda olarkən onun qələbə əmsalı 76.00 olub.

Məlumatda bildirilir ki, beynəlxalq bukmeyker kontorlarında "Benfika"nın qələbə əmsalı 1.19 olub, "Qarabağ"ın uğuru isə oyundan əvvəl 20.00 əmsal dəyərləndirilib.

Seçilən
7
sportinfo.az

1Mənbələr