AZ

ÇL:"Liverpul" Madriddə güldü, "Qarabağ"ın digər iki rəqibi yenildi

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin ilk turu davam edir. 

Fanat.Az xəbər verir ki, dünən start götürən ilk tur çərçivəsində bu gün daha 6 oyun keçirilib.

Gecənin mərkəzi oyunları Fransa, İngiltərə və Almaniyada baş tutub. ÇL-in son qalibi PSJ doğma meydanda "Atalanta"nı, "Qarabağ"ın rəqibi "Liverpul" evdə "Atletiko Madrid"i, "Bayern Münhen" ağdamlıların digər rəqibi "Çelsi"ni məğlub edib. "Köhlən atlar"la bu turnirdə üz-üzə gələcək daha bir kollektiv - "Ayaks" isə Amsterdamda Milan "İnter"inə boyun əyib.

Qeyd edək ki, Azərbaycan çempionu "Qarabağ" ötən gecə "Benfika" üzərində qələbə qazanaraq (3:2) qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsində ilk zəfərini əldə edib.

ÇL-in ilk turuna 18 sentyabrda yekun vurulacaq.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 1-ci tur
17 sentyabr

"Olimpiakos" (Yunanıstan) - "Pafos" (Kipr) 0:0

"Slavia" (Çexiya) "Budyo-Qlimt" (Norveç) 2:2

Qollar: Embodji, 23,74. - D.Bassi, 78. S.Fet, 90.

PSJ (Fransa) - "Atalanta" (İtaliya) 4:0

Qollar: Markinyos, 3. Xviça Kvaratsxeliya,39. N.Mendeş, 51. Q.Ramuş, 90+1.

"Ayaks" (Niderland) "İnter" (İtaliya) 0:2

Qollar: M.Türam, 42,47.

"Liverpul" (İngiltərə) - "Atletiko Madrid" (İspaniya) 3:2

Qollar: Robertson, 4. M.Salah, 6. Vircil van Deyk, 90+2. - M.Llorente, 45+3, 81.

"Bayern Münhen" (Almaniya) - "Çelsi" (İngiltərə) 3:1

Qollar: T.Çalobao (öz qapısına), 20. H.Keyn, 27-pen, 63. - K.Palmer, 29.

Seçilən
20
6
fanat.az

10Mənbələr