AZ

Şahruddin "Qarabağ"ın tarixi qələbəsindən DANIŞDI

“Qarabağ”ın qapıçısı Şahruddin Məmmədəliyev Çempionlar Liqasının əsas mərhələsinin 1-ci turunda Portuqaliyanın “Benfika”sı üzərində qazanılan 3:2 hesablı qələbədən sonra təəssüratlarını bölüşüb.

Publika.az xəbər verir ki, o, Rusiya mətbuana açıqlamasında bu sözləri deyib:

“Oyundan sonra klub rəhbərliyi paltardəyişmə otağına gəldi, bizi təbrik etdilər. Amma biz çox da qeyd etmədik. Tezliklə yığışdıq ki, reysə gecikməyək. Əgər aeroport bağlansaydı, orada gecələməli olacaqdıq. Biz çalışırıq ki, oyunlardan dərhal sonra yola düşək. Onsuz da heç kim yatmır, ona görə daha yaxşıdır dərhal uçmaq. Altı saata Bakıya çatdıq.

Aeroportda bizi çoxlu insan qarşıladı — jurnalistlər, azarkeşlər. Onlara böyük təşəkkür edirəm. Azərbaycan xalqı üçün bu böyük qələbədir. Tarixi uğurdur. Biz də insanlar sevinsin deyə qazanırıq.

Seçilən
16
1
publika.az

2Mənbələr