Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda “Benfika” üzərində inamlı qələbə qazanan “Qarabağ” Bakıya qayıdıb.
Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov və komandası hava limanında coşqu ilə qarşılanıb.
"Qafqazinfo"nun fotoqrafı Pərvin Zeynalın lentə aldığı sözügedən anları əks etdirən görüntüləri təqdim edirik: