BAKI, 18 sentyabr. TELEQRAF
ABŞ-nin Pensilvaniya ştatının York dairəsində baş vermiş atışma zamanı üç polis əməkdaşı ölüb.
Teleqraf xəbər verir ki, bu barədə ştatın polis komissarı Kristofer Peris bildirib.
“Bu gün beş hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb - onlardan üçü ölüb, ikisi xəstəxanaya çatdırılıb”, - o, deyib.
Polis komissarı atəş açan şəxsin öldürüldüyünü əlavə edib.
“İstintaq davam edir, hələlik baş verənlərin bir çox təfərrüatını paylaşa bilmirik”, - Peris qeyd edib.