AZ

Obama Trampı ölkədə parçalanmanı gücləndirməkdə ittiham etdi

BAKI, 18 sentyabr. TELEQRAF

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp siyasi fəal Çarli Kirkin qətlə yetirilməsindən sonra tələsik "düşməni müəyyən etməyə" çalışaraq ölkədəki parçalanmanı gücləndirdi.

Teleqraf xəbər verir ki, bu iddia ilə sabiq ABŞ lideri Barak Obama çıxış edib.

Obamanın fikrincə, Tramp insanları birləşdirməli idi, lakin bunun əvəzinə cəmiyyəti daha da parçaladı. Sabiq ABŞ prezidenti siyasi zorakılığı pisləyib, həmçinin demokrat siyasətçi, Minnesota Nümayəndələr Palatasının üzvü Melissa Hortmanın qətlini xatırladıb. O, hər iki hadisəni "faciə" adlandırıb.

Obama bildirib ki, Kirkin öldürülməsi söz azadlığı və zorakılığa təhrik barədə müzakirələrə səbəb olub. Onun fikrincə, bu müzakirələr siyasi və mədəni fikir ayrılıqlarının dərinləşməsinə gətirib çıxara bilər. Sabiq dövlət başçısı əlavə edib ki, Kirkin öldürülməsindən sonra müxtəlif siyasi baxışlara malik insanlar opponentlərini daha tez-tez "parazitlər, düşmənlər" adlandırmağa başlayıblar ki, bu da daha böyük bir problemin əlamətidir.

Seçilən
19
teleqraf.com

1Mənbələr