Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
ABŞ-nin Atlanta şəhərində məşhur müğənni Beyonsun yayımlanmamış musiqilərinin olduğu sərt diski və onun qastrol turu ilə bağlı materialların oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.
Şübhəlinin adı Kelvin Evans olaraq açıqlanıb. O, avtomobil oğurluğu məqsədilə qanunsuz müdaxilədə və şərti azadlıq şərtlərini pozmaqda ittiham olunur. Hazırda Fultonun dairə həbsxanasında saxlanılır.
Bildirilir ki, hadisə iyulun 8-də "Krog Street NE"də yerləşən qarajda, müğənninin Atlanta konsertinə ("Cowboy Carter" turu çərçivəsində) iki gün qalmış baş verib.
İstintaqın məlumatına görə, Beyonsun rəqqas və xoreoqraf komandası tərəfindən icarəyə götürülmüş "Jeep Wagoneer" avtomobilindən iki çamadan oğurlanıb. Onların içində yayımlanmamış mahnılar olan sərt disklər, şou üçün ssenari planları, konsertlərin set-listləri, həmçinin dəyəri 1000 dollardan çox olan şəxsi əşyalar olub.
Polis şübhəlini tapmaq üçün "Apple Find My" izləmə funksiyasından istifadə edib. Evansın yeri oğurlanmış "AirPods" qulaqlıqları vasitəsilə müəyyən edilib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.