AZ

Xroniki yorğunluq ciddi nəticələrə səbəb ola bilər: Orqanizmin verdiyi siqnala diqqət

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Xroniki yorğunluq sindromu sadəcə həddindən artıq işləmək və ya işləmək istəyinin olmaması ilə bağlı deyil, həmçinin insanın həyat keyfiyyətini kökündən dəyişdirə biləcək ciddi bir haldır.

Oxu.Az bildirir ki, bu barədə rusiyalı mütəxəssis, tibb elmləri namizədi Kirill Masliev "İzvestiya" nəşrinə müsahibəsində danışıb.

O, xroniki yorğunluq sindromunu təyin etməyin üsulları və onun adi gərginlikdən nə ilə fərqləndiyi barədə açıqlama verib.

"Xroniki yorğunluq sindromunun əsas xüsusiyyəti onun simptomlarının uzunmüddətliliyi və davamlılığıdır. Əgər istirahətdən, məzuniyyətdən, hətta uzunmüddətli yuxudan sonra belə güc geri qayıtmırsa, əgər zəiflik həftələrlə, aylarla davam edirsə, ən kiçik gərginlik belə tam yorğunluq (tam tükənmə) hissi yaradırsa, bu zaman səbəb adi tükənmə deyil, xroniki yorğunluq sindromu ola bilər", - deyə mütəxəssis bildirib.

Onun sözlərinə görə, xroniki yorğunluq sindromu simptomlarına həmçinin başağrıları, yuxusuzluq və ya həddindən artıq yuxululuq, əzələ və oynaq ağrıları, həmçinin həzm problemləri də daxildir.

Əhəmiyyətli bir marker də koqnitiv funksiyaların zəifləməsidir: insan fikrini cəmləməkdə, diqqəti saxlamaqda və məlumatı yaddaşa həkk etməkdə çətinlik çəkir.

"Stres, sirkad ritmlərinin pozulması (gecə və gündüzün dəyişməsi ilə əlaqəli müxtəlif bioloji proseslərin intensivliyindəki tsiklik dalğalanmalar. Sirkad ritmlərinin müddəti adətən 24 saata yaxındır - red.) və emosional tükənmə ön plana çıxır. Lakin xroniki yorğunluq sindromu təkcə psixoloji deyil, həm də fizioloji əsaslara malikdir: immun sisteminin işində pozulma, hormonal balanssızlıqlar və bəzən infeksiyaların və ya dərmanların təsiri. Buna görə də xroniki yorğunluq sindromunun ilkin səbəbini təyin etmək olduqca vacibdir", - deyə Kirill Masliev qeyd edib.

Müalicəyə gəlincə, Maslievin sözlərinə görə, stabil cədvəl üzrə tam şəkildə yuxu, orta fiziki fəaliyyət və balanslaşdırılmış qidalanma kimi əsas aspektlərə diqqət yetirmək vacibdir ki, bunlar sağlamlığın əsasını təşkil edir. Lakin o xəbərdarlıq edib ki, bəzi hallarda bu, kifayət etməyə bilər. Belə vəziyyətlərdə mütəxəssis tibbi yardıma müraciət etməyi və terapevtdən əlavə, nevroloq, endokrinoloq və bəzən də psixoterapevtlə məsləhətləşməyi tövsiyə edib.

"Başa düşmək çox vacibdir ki, xroniki yorğunluq tənbəllik, zəiflik və ya "özünüzü ələ almaq istəməməyin" əlaməti deyil. Bu, orqanizmin ehtiyatlarının tükəndiyini göstərən siqnalıdır. Və bu siqnala ciddi diqqət yetirmək bərpa olunmaq üçün ilk addımdır", - deyə mütəxəssis vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
64
1
oxu.az

10Mənbələr