AZ

Səudiyyə Ərəbistanı və Pakistan qarşılıqlı müdafiə sazişi imzalayıblar

Sherg.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərif qarşılıqlı müdafiə sazişi imzalayıblar.

"Report"un SPA dövlət xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Şərifin krallığa səfərinin yekunlarına dair bəyanatda deyilir.

"Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud və Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərif iki ölkənin regionda və dünyada təhlükəsizliyi gücləndirmək, sülh və firavanlığa nail olmaq səylərinin bir hissəsi olan birgə strateji müdafiə sazişi imzalayıblar", - deyə məlumatda bildirilir.

Məlumata görə, saziş iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın müxtəlif aspektlərini inkişaf etdirmək və istənilən təcavüzə qarşı qarşılıqlı çəkindirməni gücləndirmək məqsədi daşıyır.

"Müqavilə iki ölkədən birinə qarşı hər hansı təcavüzün hər iki ölkəyə qarşı təcavüz kimi qiymətləndirilməsini nəzərdə tutur", - sənəddə vurğulanır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
8
sherg.az

10Mənbələr