AZ

KİV: Ruslar tədricən Pokrovsku mühasirəyə alırlar - Ukraynanın müdafiə imkanı tükənir

Ukrayna qüvvələri bir ildən çoxdur ki, Donetsk vilayətindəki Pokrovsku əldə saxlayırlar, lakin oradakı vəziyyət sürətlə pisləşir.

Teleqraf xəbər verir ki, bu barədə "Sky News" nəşri yazıb.

Məlumata görə, Rusiya qüvvələri şəhəri mühasirəyə almağa çalışır və pilotsuz uçuş aparatları (PUA) ilə "zərbə zonası" yaradaraq bütün təchizat marşrutlarını bağlayıblar.

London Kral Kollecindən Marina Miron bildirib ki, Rusiya şəhəri hücumla almaq istəmir, çünki bu çox çətindir və böyük insan resursu tələb edir.

"Onlar Pokrovsku mühasirəyə almaqla ukraynalıları tədricən sıxışdırmağa çalışırlar", - ekspert deyib.

Qeyd edək ki, müharibədən əvvəl Pokrovskda təxminən 60 min insan yaşayırdı. Avtomobil və dəmir yollarının strateji qovşağı olan bu şəhər "Donetskə qapı" hesab olunur. Onun süqutu Kramatorsk və Slavyansk şəhərlərini təhlükə altına qoya bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
6
1
olaylar.az

2Mənbələr