Bakı. Trend:
Çinin internet tənzimləyicisi ölkənin aparıcı texnologiyaşirkətlərinə ən son RTX Pro 6000D də daxil olmaqla yüksək səviyyəliNvidia çiplərini almağı dayandırmağı və mövcud sifarişləri ləğvetməyi tapşırıb.
Trend xəbər verirki, bu qərar amerikalı istehsalçıya qarşı aparılan antiinhisararaşdırması ilə bağlıdır. Çin səlahiyyətliləri həmin addımı ABŞ iləticarət danışıqlarında təzyiq vasitəsi kimi istifadə edirlər. ABŞbundan əvvəl Çin texnologiya sektoruna yeni tariflər tətbiqetmişdi.
Nvidia-nın qurucusu Censen Xuan qərardan məyus olduğunubildirib, lakin tənzimləyicinin hərəkətlərinə “səbrlə” cavabverəcəyini vurğulayıb.
“Gedə bilmədiyimiz yerlər çoxdur, eybi yoxdur”, – o qeyd edib.
Xəbərin yayılmasından sonra Nvidia səhmləri sentyabrın 16-dahərracların bağlanışında 1,61% ucuzlaşaraq 174,88 dollar olub.Qiymət enişi sentyabrın 17-də səhər sessiyalarında da davamedib.
Qeyd edək ki, vəziyyət uzun müddətdir davam edən texnolojiqarşıdurmanın növbəti mərhələsi hesab olunur. 2022-ci ildə ABŞqabaqcıl Nvidia prosessorlarının hərbi istifadə riski səbəbindənÇinə ixracını məhdudlaşdırmış, 2025-ci ilin aprelində isə Trampadministrasiyası H20 çiplərinin tədarükünə qadağa qoymuşdu.