AZ

Hacıqabulda yük maşını 9 yaşlı uşağı vuraraq öldürdü

Hacıqabulda yük avtomobili velosiped sürən 9 yaşlı uşağı vuraraq öldürüb.

AzEdu.az xəbər verir ki, hadisə gecə saatlarında Bakı-Qazax magistralının rayonun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayonun Atbulaq kənd sakini, 2006-cı il təvəllüdlü M.V velosipedlə hərəkətdə olarkən onu yük avtomobili vurub. Azyaşlı aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
40
13
azedu.az

10Mənbələr