AZ

ADA Universitetində İqlim Həlləri Dialoqu keçirilib - FOTOLAR

ADA Universitetində BMT-nin Azərbaycan nümayəndəliyi və COP29-un prezidentliyi tərəfindən “İqlim Həlləri Dialoqu – Azərbaycan Buraxılışı” təşkil olunub.

QHT.az xəbər verir ki, tədbirdə BMT, hökumət, inkişaf tərəfdaşları, akademiya və gənclər davamlı gələcək üçün həll yollarını müzakirə ediblər. Açılışda COP29-un aparıcı danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva çıxış ediblər.

BMT Habitat ekspertləri Anna Soave və Runze Vonq “COP29-dan WUF13-ə: Azərbaycanda iqlimə davamlı şəhərlərin və icmaların qurulması” mövzusunda təqdimatlarla çıxış ediblər. Daha sonra ADA Universitetinin prorektoru Dr. Fariz İsmayılzadənin moderatorluğu ilə interaktiv dialoq keçirilib.

Tədbir, sentyabrın 22–24-də Nyu-Yorkda baş tutacaq BMT İqlim Həlləri Dialoqlarına hazırlıq mərhələsi kimi qiymətləndirilir.

 

Pərvanə Fərhadqızı

Seçilən
8
qht.az

1Mənbələr