Böyük Britaniya kralı III Karlın həyat yoldaşı Kamilla və ABŞ-ın birinci xanımı Melaniya Tramp Vindzor qalasında keçirilən dövlət banketinə Ukrayna bayrağının rənglərində geyimlə qatılıblar.
Bizim.Media xəbər verir ki, Kraliça Kamilla mavi paltar, Melaniya Tramp isə sarı libas seçib. Tədbirdə kral ailəsinin üzvləri, o cümlədən Uels şahzadəsi Uilyam və həyat yoldaşı Keyt də iştirak ediblər.
Çıxış edən Kral III Karl Ukraynaya dəstəyi vurğulayaraq deyib: “Bu gün, tiraniya bir daha Avropaya təhdid yaratdığı vaxtda biz və müttəfiqlərimiz Ukraynanın yanında dayanırıq.”
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta