AZ

“Fənərbağça”nın baş məşqçisi: “Komandada inamsızlıq var”

futbolpress-az saytına istinadən ain.az xəbər verir.

“Fənərbağça”nın baş məşqçisi Domeniko Tedesko Super Liqada “Alanyaspor”la heç-heçə etdikləri oyundan sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 2:2 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Yaxşı oynadıq, lakin bir xalla kifayətləndik. Görünən odur ki, komandada inamsızlıq var. Birinci qolu buraxandan sonra bunu hiss etdim. Bu, neqativdir. Bütün komandanın ritmi pozulur”.

“Fənərbağça” çempionatda 5 turdan sonra 11 xalla 2-cidir və lider “Qalatasaray”dan 4 xal geri qalır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
futbolpress.az

1Mənbələr