AZ

“İntellektual oyunlar” ayına start verilib - FOTOLAR

“Regional İnkişaf” İctimai Birliyinin (RİİB) həyata keçirdiyi Könüllülük Proqramı çərçivəsində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “İntellektual oyunlar” ayına start verilib.

QHT.az xəbər verir ki, Proqram çərçivəsində Saatlı rayonunda keçirilən ilk intellektual oyunda iştirakçılara Azərbaycan Respublikasının Konstitusiyasının maddələri, insan hüquqları və azadlıqları, Azərbaycan tarixi və mədəniyyəti, dövlət müstəqilliyi, suverenlik, eləcə də milli-mənəvi dəyərlər və ictimai həyatla bağlı mövzuları əhatə edən suallar təqdim olunub. Oyunun sonunda qalib komandalara hədiyyələr təqdim edilib.

Qeyd edək ki, layihənin əsas məqsədi gənclərin hüquqi biliklərinin artırılması, dövlətçilik prinsiplərinin təbliği, vətəndaş məsuliyyətinin gücləndirilməsi, eyni zamanda onların intellektual potensialını, analitik təfəkkürünü, komanda ruhunu və sürətli qərarvermə bacarıqlarını inkişaf etdirməkdir.

Seçilən
12
qht.az

1Mənbələr