AZ

Fransa və Britaniya Sea Venom raketləri əsasında yeni silah sistemləri hazırlayır

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avropanın raket istehsalçısı MBDA özünün yüngül tipli "Sea Venom" gəmiəleyhinə raketinə əsaslanan çoxplatformalı silah sistemləri ailəsini istehsal etməyə hazırlaşır.

Əvvəlcə Britaniya Kral Donanmasının "Perspektivli ağır gəmiəleyhinə idarə olunan silah" (FASGW(H)) proqramı çərçivəsində helikopterlər üçün nəzərdə tutulmuş bu sistem hazırda daha geniş tətbiq sahələrinə uyğunlaşdırılır. Yeni planlara əsasən, "Sea Venom" raketləri pilotsuz suüstü vasitələrdə (USV), sürətli patrul katerlərində, pilotsuz uçuş aparatlarında (PUA) və mobil sahil batareyalarında yerləşdiriləcək.

MBDA, Avropa və Yaxın Şərqdə mürəkkəb sahilyanı mühitlərdə səth hədəflərinə dəqiq və proporsional zərbələr endirmək istəyən istifadəçilər üçün bu sistemin böyük imkanlar yaratdığını bildirir.

Fransa və Britaniyanın birgə maliyyələşdirdiyi "Sea Venom" raketi sahilyanı ərazilərdəki müxtəlif ölçülü hədəflərə, o cümlədən korvet ölçüsündə və nöqtə müdafiə sistemləri ilə təchiz olunmuş gəmilərə qarşı effektiv döyüş aparmaq üçün xüsusi olaraq hazırlanıb. Bu raket eyni zamanda sahilyanı zonalarda yerüstü hədəflərin neytrallaşdırılmasını da təmin edir.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
icma.az

1Mənbələr