«Neftçi» ilə müqaviləsini qarşılıqlı razılaşma əsasında pozan Ramil Şeydayev «Araz-Naxçıvan»ın formasını geyinməyəcək.
Muxtar Respublika təmsilçisi ilə hücumçu arasında gedən danışıqlar nəticəsiz qalıb.
Hazırda azad agent statusu daşıyan 29 yaşlı forvard müqavilənin maliyyə şərtlərində «ağ-qaralar»la razılığa gələ bilməyib.
Klubun mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov bu barədə Sportinfo.az-a açıqlama verib:
"Ramil maraqlandigimiz futbolçu olub. Hətta onunla danışıqlar da aparılıb.
Ancaq şərtlər qane etmədiyinə görə mövzu qapadıldı. Artıq Ramillə bağlı məsələ "Araz-Naxçıvan"ın gündəmində deyil".