AZ

Dünyaca məşhur şou Çarli Kirkin qətli ilə bağlı qalmaqallı açıqlamaya görə efirdən çıxarıldı

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Dünyanın ən məşhur şoularından biri olan "Jimmy Kimmel Live!" qeyri-müəyyən müddətə dayandırılıb. Səbəb isə aparıcı, komediya ustası Cimmi Kimmelin amerikalı aktivist Çarli Kirkin qətli ilə bağlı söylədiyi şərhlər olub.

Oxu.Az xəbər verir ki, bu barədə şounun yayımlandığı ABC telekanalının nümayəndəsi açıqlama verib.

Bundan başqa, ABŞ-də ən çox televiziya stansiyasına sahib olan "Nexstar" şirkəti də Kimmellə əməkdaşlığı dayandırdığını bildirib.

Məsələ ilə bağlı ABŞ Prezidenti Donald Tramp da "Truth Social" şəbəkəsində paylaşım edərək qərarı alqışlayıb:

"ABC-ni nəhayət lazım olan addımı atmaq üçün cəsarət tapdıqlarına görə təbrik edirik", - deyə o qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
oxu.az

1Mənbələr