AZ

Bakıda 46 yaşlı kişi 11 il aliment ödəməkdən imtina etdi, həbs olundu

Bakıda iki övladına aliment verməyən kişi həbs edilib.

Bizim.Media “Oxu.az”a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsində baş verib.

Ağdaş rayon sakini, 1979-cu il təvəllüdlü Rəşad Sərxanov (ad və soyad şərtidir) 2008-ci ildə ailə həyatı qurur və bu nikahdan 2 övladı olur. 2014-cü ildə aralarında yaranan mübahisələr nəticəsində cütlük boşanır. Sabunçu Rayon Məhkəməsinin qərarı ilə R.Sərxanova hər uşağa görə 103 manat aliment kəsilir. Lakin R.Sərxanov qərarı icra etmir və aliment ödəməkdən yayınır.

Bir müddət əvvəl R.Sərxanovun keçmiş həyat yoldaşı aliment borcuna görə məhkəməyə müraciət edir. Məlum olur ki, R.Sərxanovun 27 min manat aliment borcu yaransa da, o, məhkəmə qərarının icrasından yayınıb və ailəyə pul ödəməyib.

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə R.Sərxanov 1 il 3 ay azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub.

Bizim.Media

Seçilən
19
4
bizim.media

5Mənbələr