AZ

Mövsüm çempion və vitse-çempionun dueli ilə başlayacaq

Bu gün futzal üzrə Yüksək Liqada 2025/26 mövsümü start götürür. 

Fanat.Az xəbər verir ki, açılış turu "Olimpik Star"da baş tutacaq. 

Tur çempion və vitse-çempion - Araz-Naxçıvan" ilə "Baku Fire" arasında keçiriləcək mərkəzi oyunla start götürəcək ki, matçın start fiti saat 13:00-da səsləndiriləcək.

Bundan başqa, "Neftçi" İK debütant "Lənkəran"ı sınağa çəkəcək. Tura U-19 – "Şuşa" qarşılaşması ilə yekun vurulacaq.

Yüksək Liqa
1-ci tur
18 sentyabr

 
13:00. Baku Fire – Araz-Naxçıvan

Hakimlər: Knyaz Əmiraslanov, Əli Cəbrayılov, Elgün Hüseynov.
Hakim-inspektor: Azad Hüseynov.
Olimpik Star. 

15:00. Neftçi İK – Lənkəran
Hakimlər: Hikmət Qafarlı, Hidayət Feyzullayev, Vüsal Balaşov.
Hakim-inspektor: Ramiz Əsədov.
Olimpik Star. 

17:00. U-19 – Şuşa
Hakimlər: İmran Məhərrəmov, Ramil Namazov, Mahir Məmmədov.
Hakim-inspektor: Əfqan Həmzəyev.
Olimpik Star. 

Seçilən
30
1
fanat.az

2Mənbələr