AZ

“Şamaxı”nın legioneri: “Bu mövsüm çempionat daha çətindir”

ain.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Şamaxı” mövsümdə ilk qələbəsini IV turda qazandı. Ayxan Abbasovun yetirmələri “Karvan-Yevlax”la görüşdə üç xalı üç qolla əldə etdi – 3:0.

Görüşdə birinci qolu vuran Alfons Msanqa “Futbolpress.az“a açıqlamasında qələbə və fərqlənməsi ilə bağlı fikirlərini bölüşdü:

“Şükürlər olsun ki, ilk qələbəmizi qazandıq. Bu, bizim üçün çox vacib idi. Komanda olaraq motivasiyamızı artırmalıydıq. Bu, həm də qarşıdakı oyunlarda inaımızı artıracaq. Həqiqətən, önəmli qələbə idi.

İlk qolumu vurdum və komandaya kömək edə bildiyim üçün özümü yaxşı hiss edirəm İlk qoldan sonra oyun açıldı və ardında yenə fərqlənməklə oyunun taleyini həll etdik”.

Ötən mövsümün sonunda bir çox legioner komandanı tərk etsə də, Msanqa “Şamaxı”da qalanlardan oldu. Yarımmüdafiəçi karyerası ilə bağlı planlarına toxundu:

“Şamaxı” ilə müqaviləm var idi və ötən mövsüm yaxşı oynamışdım. Klubda qaldım və indi daha diqqətli, motivasiyalıyam. Komandaya hədəflərə çatmaqda kömək olmaq istəyirəm”.

Alfons Azərbaycan çempionatı hada fikirlərini bölüşdü:

“Liqaya uyğunlaşmışam. Bu mövsüm çempionat daha çətindir. Klublar bir çox legioner transferi edib, gücləniblər. Maraqlı və rəqabətli mövsüm keçir”.

“Şamaxı” növbəti turda “Zirə”nin qonağı olacaq. Yarımmüdafiəçi görüşdən gözləntilərini bölüşdü:

“Zirə” yaxşı klubdur. Onlara hörmətlə yanaşırıq. Lakin bizim də yaxşı kollektivimiz var. Hazırlığımız gedir. Kim daha hazır və istəkli olacaqsa, üç xalı da o qazanacaq”.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
futbolpress.az

1Mənbələr